Rusiyanın müharibədəki vəziyyəti - Priqojinin “ordusu” 100-200 m irəliləyib…

Rusiyanın “Hərbi Doktrinası”nda hücum edən ordunun irəliləyişi 30 km nəzərdə tutulduğu halda, Putinin “aşğazı” 100-200 m irəliləyişə görə fəxr edir…

PİA.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının yaydığı məlumatda bildirilir.

Britaniya kəşfiyyatının məlumatına görə Ukrayna ordusu sentyabr ayında 20 km-dən artıq irəliləyib. Rusiya isə fevral ayında qoo km-ıik məsafədə irəliləməyi planlayıbmış. Lakin müharibəbin başlamasından bir neçə gün sonra Rusiya ordusunun sürətli irəliləyişi dayanıb.

Rusiya ordusunun irəliləməsi ilə bağlı ən maraqlı məlumatı isə oktyabrın 23-də “Vaqner” Özəl Hərbi Şirkətinin qurucusu və sahibi, rusiyalı milyarder Yevgeni Priqojin verib. Putinin “aşpazı bildirib ki, rəhbərlik etdiyi Vaqner qrupu gün ərzində 100-200 m irəliləyib. Priqojinə görə bu müasir müharibə üçün normal uğurdir. Halbuki Rusiyanın “Hərbi Doktrinası”nda hücum edən ordunun irəliləyişi 30 km nəzərdə tutulur.

pia.az