Şoyqu: “Kiyevin “çirkli nüvə bombası” hazırladığını bilirik”

Rusiya Müdafiə naziri yenidən Ukraynanı “çirkli nüvə bombası” hazırlamaqda ittiham edib…

Rusiya Müdafiə naziri Sergey Şoyqu Ukraynanı “çirkli nüvə bombası” hazırladığını iddia edib.

PİA.az xəbər verir ki, Şoyqu Ukrayna rəhbərliyinin “çirkli nüvə bombası”ndan istifadə edəcəyi ilə bağlı növbəti dəfə xəbərdarlıq edib. Rusiya Müdafiə naziri qeyd edib ki, “çirkli bomba”dan istifadə edərək Ukrayna rəhbərliyi NATO-nun nüvə silahlarını bu ölkədə yerləşdirilməsinə can atır. Şoyqunun fikrincə Ukrayna bu bombanın Rusiya tərəfindən atıldığını iddia edəcək.

Qeyd edək ki, dünəndən başlayaraq MAQATE Rusiyanın “çirkli nüvə bombası” iddiları iıə bağlı Ukrayna ərazisində olan Atom Elektrik Stansiyalarında monitorinq aparır.

Rusiya Müdafiə naziri həmçinin bildirib ki, Rusiya və Belarus ümumi müdafiə sahəsi yaradılması üçün işləri davam etdirir.

Xatırladaq son günlər Belarusa Rusiya qoşunlarının gətirilməsi ilə bağlı xəbərlər yayılır. Bəzi iddialara görə Moskva yenidən Belarus ərazisindən Kiyevə hücuma hazırlaşır.

pia.az