Azərbaycan XİN: "Ermənistanın təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub"
Bununla bağlı ədalət təmin olunmalıdır...
“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub”.
PİA.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterdə etdiyi paylaşımda bildirilib.
Qeyd olunub ki, bununla bağlı ədalət təmin olunmalıdır.
Qeyd edək ki, 2 noyabr dünyada jurnalistlərə qarşı törədilən cinayətlərlə bağlı cəzasızlığa son qoyulması günü kimi qeyd olunur.
pia.az