Rusiya və İran Xəzərdə bir neçə azad ticarət zonaları yaradır

Moskva və Tehran Xəzər dənizi üzərindən gömrüksüz ticarrət aparacaqlar…

PİA.az xəbər verir ki, belə bir razılıq Qroznıda keçirilən Rusiya və İran hökümət nümayəndələrinin toplantısında əldə olunub. İran Azad Ticarət Zonalarının Ali Şurasının katibi Nəsrullah İbrahimi bildirib ki, Rusiya və İran gömrük ödəmələrindən kənar ticarətə başlayır. Azad Ticarət Zonasınım əsas mərkəzlərindən biri isə Ənzəli limanı olacaq. Rusiya malları gömrük rüsumları ödənilmədən İran ərazisi vasitəsi ilə Oman körfəzi vasitəsi ilə Pakistan və Hindistana, Hörmüz körfəzi vasitəsi ilə isə Suriya və digər ərəb dövlətlərinə gedəcək.

İbrahimi bildirib ki, iki ölkə öz dostluq əlaqələrini iqtisadi sahədə gücləndirəcək. Rusiya və İran arasında ticarət isə əsasən Xəzər dənizi üzərindən aparılacaq və “Şimal-Cənub” beynəlxalq dəhlizi də əssən bu istiqamətdə fəaliyyət göstərəcək.

pia.az