Ukraynanın Xerson vilayətinin bir hissəsində təxliyə başlayıb

Ukraynanın Xerson vilayətində Dnepr çayının sol sahilindəki bəzi məntəqələrdə yaşayanların təxliyəsi başlanıb...

APA TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernator müavini Kiril Stremousov deyib.

O, həmçinin əlavə edib ki, çayın sağ sahilinin təxliyəsi zamanı olduğu kimi, indiki təxliyə prosesinə də avtobuslar ayrılacaq.

Xatırladaq ki, dünən Xerson qubernatorunun səlahiyyətlərini müvəqqəti icra edən Vladimir Saldo elan etmişdi ki, hökumət təxliyə zonasını Dnepr çayından 15 kilometr məsafədə genişləndirib. Buna səbəb kimi Ukrayna Silahlı Qüvvələrinin genişmiqyaslı raket zərbələrinə hazırlaşması göstərilib.

pia.az