Rusiya səfiri: Qarabağ məsələsinin həllini növbəti nəsilə saxlamaq lazımdır

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırıkin bildirib ki, Qarabağ məsələsinin həllini növbəti nəsilə saxlamaq daha doğru olardı…

PİA.az xəbər verir ki, Rusiyalı səfir qeyd edib ki, razılaşma Ermənistan və Azərbaycanın əldə etdikləri sülh sazişinin bəhrəsi olmalıdır:

“Mən Putinin dediyini təkrarlaya bilərəm. Bizim fikrimizcə Qarabağln statusunu növbəti nəsilə saxlamaq lazımdır. Düşünürəm ki, gələcək nəsil Qarabağ problemini daha ədalətli yolla həll edə bilər”, deyə Rusiyanın Ermənistandakı səfiri bildirib.

Kopırkin həmçinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmasına da toxunub:

“Sülh müqaviləsinə gəlincə isə, elə məsələlər var ki, tərəflər arasında hələ də razılaşdırılmayıb. Onların ətrafında işlər davam etdiriləcək”,

PİA.az-dan: Cənab səfir, Azərbaycan Qarabağ uğrunda iki nəsil fəda edib, gələcək nəsilləri də Rusiyanın imperalist maraqları naminə fəda edə biləmərik.

pia.az