Abşeronda avtomobil nənə və nəvəni vurub, ölən var - Yenilənib

Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır...

HADİSƏAbşeronda avtomobil nənə və nəvəni vurub, ölən var.

Bu barədə PİA.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə oktyabrın 31-i saat 23 radələrində Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, yolu keçən şəhər sakini Solmaz Əsədova və nəvəsi Y.Əsədov müəyyən edilməyən avtomobillə vurulub. Nəticədə onlar xəstəxanaya yerləşdirilib, S.Əsədova orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

***

Abşeronda 1964-cü il təvəllüdlü Əhmədova Solmaz Əliqardaş qızı yolu keçərkən avtomobil onu vurub.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az