OPEC baş katibinin kuluarda dedikləri üzə çıxdı - Avropa və ABŞ üçün bədbin proqnoz

OPEK rəhbəri Avropa və ABŞ iqtisadiyyatının tənəzzülə getdiyini söyləyib…

OPEC-in baş katibi Haysam Zəl Qeys ADIPEC konfransının kuluarlarında deyib ki, OPEC Avropa iqtisadiyyatının tənəzzül edəcəyini gözləyir və ABŞ-da bu böhrandan yayına bilməyəcək.

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, Qeys OPEK-in oktyabr ayında aldığı qərar da bununla bağlı olub:

“Aydındır ki, bu iqtisadi problemlər neft tələbinə təsir göstərəcək. Ona görə də bizim proqnozumuz onu göstərir ki, qarşıdakı aylarda artıq profisit yaranacaq. Oktyabrda fəal hərəkət etmək qərarına gəlməyimizin əsas səbəbi də bu idi”, deyə şeyx vurğulayıb.

OPEK rəhbərinin sözlərinə görə, 2023-cü ilin dördüncü rübündə və əvvəlində neft bazarında təklif profisiti yaranacaq. Lakin o, dəqiq rəqəm göstərməyib. Qeys bildirib ki, analoji proqnozları təkcə OPEC deyil, həm də Beynəlxalq Enerji Agentliyi (IEA), eləcə də digər analitiklər verir: “Bəziləri deyir ki, biz artıq tənəzzülə girmişik, lakin bunun çnə qədər dərin böhran olub-olmayacaqğı başqa sualdır”, - deyə Əl Qeys fikrini yekunlaşdırıb.

Qeyd edək ki, OPEC 2020-ci ilin may ayında koronavirus pandemiyasının yaratdığı neftə tələbatın azalması səbəbindən gündəlik neft hasilatını 9,7 milyon barrel azaldıb. Sonra müqavilənin şərtlərinə dəfələrlə düzəlişlər edilib və avqustda alyans bu ixtisarlardan çıxmaq üçün son mərhələyə keçib. Oktyabr ayında hasilatı növbəti dəfə azaldan kartel ABŞ prezidenti Co Baydenin qəzəbinə tuş olub.

pia.az