Bakıda sevgilisindən ayrılan oğlan özünü 17-ci mərtəbədən atdı - Yenilənib

Faktla bağlı araşdırma aparılır...

Bakıda gənc oğlanın özünü binanın 17-ci mərtəbəsindən atması ilə bağlı detallar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı Babayev Mirabdulla Rafiq oğlu sevgilisindən ayrılıb. Son zamanlar onun sevgi münasibətlərində gərginlik olub.

Mirabdullanın məhz bu səbəbdən özünü öldürməsi ehtimal olunur.

İntiharın dəqiq səbəbləri isə Nizami rayon Prokurorluğunda davam etdirilən araşdırmalar nəticəsində bilinəcək.

***

Bakı sakini özünü 17-ci mərtəbədən atıb.

PİA.az apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Özbəkistan küçəsində qeydə alınıb.

Şəhər sakini, Mirabdulla Babayev hündürmərtəbəli binanın 17-ci mərtəbəsindən ataraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

pia.az