Sabirabadda fəhlələri daşıyan avtomobillər toqquşub, yaralılar var - Siyahı, Yenilənib

Faktla bağı araşdırma aparılır...

Sabirabad rayonunda fəhlələri daşıyan avtomobillərin toqquşması nəticəsində yaralananların kimliyi məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə nəticəsində altı nəfər xəsarət alıb.

Məlumata görə, yaralılar hamısı rayonun Zalqarağac kənd sakinləridir:

1) 1984-cü il təvəllüdlü Hacıyeva Gülbahar Xanmurad qızı,

2) 1969-cu il təvəllüdlü Baxşəliyeva Şəlalə Barat qızı,

3) 1968-ci il təvəllüdlü Nəcəfova Nailə Ərəstun qızı,

4) 1978-ci il təvəllüdlü Baxşəlieva Bəhruzə Dəir qızı,

5) 1967-ci iltəvəllülü Məmmədova Mahirə Şahlar qızı,

6) 1972-ci il təvəllüdlü Baxşəliyev Asif Əlisəfa oğlu

Faktla bağlı araşdırma aparılır.

***

Sabirabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, pambıqçıları daşıyan iki “QAZel” markalı avtomobil toqquşub.

Qəza nəticəsində ölən olmasa da, xəsarət alanlar var.

Yaralılardan biri, rayonun Zalqarağac kənd sakini, 1972-ci il təvəllüdlü Baxşəliyev Asif Əlisəfa oğludur.

Digər yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağı araşdırma aparılır.

pia.az