Mikayıl Cabbarov Qətər rəsmiləri ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər Əmirinin şəxsi nümayəndəsi ilə görüşüb.

PİA.az xəbər verir ki, bu barədə nazir “Facebook” hesabında paylaşım edib.

“Qətər Əmirinin şəxsi nümayəndəsi Şeyx Casim bin Həməd Al Tani ilə görüşümüzdə Azərbaycan və Qətər arasında ikitərəfli əlaqələrin, iqtisadi münasibətlərin yüksələn xətt üzrə inkişafını diqqətə çatdırdıq, qarşılıqlı faydalı əməkdaşlıq, həmçinin investisiya-ticarət və digər sahələrdə əlaqələrin genişləndirilməsi barədə müzakirələr apardıq”, - deyə M.Cabbarov qeyd edib.

pia.az