Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir

Seçkilərdə iştirak ölkənin bütün savadlı vətəndaşları üçün məcburidir...

Bazar günü Braziliyada prezident və qubernator seçkilərin ikinci turu keçirilir. Ölkə vətəndaşları gələcək dövlət başçısını və federasiyanın 27 subyektindən 12-də gələcək ştat qubernatorlarını müəyyən etməlidirlər.

 İkinci turda qalib gəlmək üçün sadə səs çoxluğu kifayətdir. Ölkənin Ali Seçki Məhkəməsinin məlumatına görə, seçkilərdə Cənubi Amerika Respublikasının 156 milyon 454 min 11 vətəndaşı səsvermə hüququna malikdir.

Seçkilərdə iştirak ölkənin bütün savadlı vətəndaşları üçün məcburidir. Yaşı 70-dən yuxarı olanlar, 16-17 yaşlı gənclər seçkiyə gəlməyə bilərlər.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda keçmiş prezident və fəhlə partiyasının nümayəndəsi Luiz İnasio Lula da Silva hazırkı dövlət başçısı Jair Bolsonaro ilə rəqabət aparır.

pia.az