Müstəqim Məmmədov şəhid ailəsini ziyarət edib - Fotolar

İcra başçısı Vətən müharibəsi şəhidi Qasımov Azər Yaqub oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib...

PİA.az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Qasımov Azər Yaqub oğlunun rayonun Yenikənd kəndində yaşayan ailəsini ziyarət edib, ailəsinə başsağlığı verib, onların qayğıları ilə maraqlanıb.

Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhuna dualar oxuyub.

Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Qasımov Azər Yaqub oğlu 1979-cu il dekabrın 2-də Tərtər rayonunun Yenikənd kəndində anadan olub. Oktyabrın 29-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 29-da Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub. Şəhidin 4 övladı yadigar qalıb.

Şəhid Qasımov Azər 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları təltif olunub.

Şəhidin ailəsi yeni tikilmiş fərdi evlə təmin olunub, doğulub boya-başa çatdığı kənddə adına bulaq inşaa edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

##galery##

pia.az