MKİ direktoru Ukraynaya gizli gedərək Zelenski ilə görüşüb

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns oktyabrın əvvəlində elan edilməmiş səfərlə Ukraynaya gedib.

Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.

Məlumata görə, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

“Berns orada olarkən ABŞ-ın Ukraynanı Rusiyanın təcavüzünə qarşı mübarizəsində, xüsusən də kəşfiyyat məlumatlarının davamlı mübadiləsi yolu ilə dəstəkləmək öhdəliyini bir daha təsdiqlədi”, - agentlik bildirib.

CNN qeyd edib ki, MKİ rəhbərinin səfəri ABŞ-ın Rusiyanın Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etmə ehtimalından getdikcə daha çox narahat olduğu bir vaxtda baş verib.

pia.az