Putinin ümidsizliyi: Rusiya prezidenti Zelennski ilə danışmağı çox istəyir... - Video

Putin yenidən Ukrayna prezidentindən danışıqlara başlamağı xahiş edib. Bu dəfə Afrikadan olan Embalo vasitəsi ilə...

Bu gün Ukrayna prezidenti Qvinei Bisaunun prezidenti Umaru Muxtar Sisoku Embalo ilə Kiyevdə görüşüb. Qeyd edək ki, dünən prezident Embalo Kremldə Rusiya prezidenti ilə görüşmüşdü.

PİA.az xəbər verir ki, Zelenski ilə görüşü zamanı Embalo Ukrayna prezidentinə Putinin mesajını çatdırıb. O, bildirib ki, Putin Zelenski ilə danışmağı çox istəyir.

Cavabında isə Zelenski bildirib ki, “danışıqlara hazır olan” Putin Ukraynanın mülki çəxslərinə qarşı 400 dron istifadə edib.

pia.az