Həkim: Qohum evliliyindən dünyaya gələn uşaqlarda ürək xəstəlikləri çox olur

“Qohum evliliyindən dünyaya gələn uşaqlarda ürək xəstəlikləri çox olur”...

PİA.az xəbər verir ki, bunu həkim-kardioloq Səkinə Osmanova bildirib.

Həkim bildirib ki, ümumiyyətlə, qohum evliliyi tövsiyə olunmur: “Nəinki ürək xəstəlikləri, digər xəstəliklər də özünü biruzə verə bilir. Bunun səbəbi genetika ilə bağlıdır”.

Səkinə Osmanova anadangəlmə ürək qüsurlarının əsas amillərindən birinin genetik səbəblərlə bağlı olduğunu qeyd edib:

“Yaxud da bətndaxili inkişaf dönəmində də qüsurlar yarana bilər. Bətndaxili inkişaf dövründə ürək qüsuru yaranarsa, bu özünü biruzə verir. Doğulduqdan sonra həmin uşaqlar tamamilə nəzarətdə qalmalıdır. Lakin bəzi qüsurlar var ki, o zaman çox tələsmək lazım deyil. Elə qüsurlar var ki, uşağın 1 yaşına qədər bağlana bilər. Amma anadangəlmə ürək qüsurlarının müalicə ilə sağalması mümkün deyil, ancaq əməliyyatla bu qüsurlar aradan qaldırıla bilər”.(apa)

pia.az