Yaxın 10 gündə Azərbaycanda İranın 5-ci kolonu darmadağın ediləcək

Yaxın 10 gün müddətində Azərbaycanda İranın 5-ci kolonunun darmadığı edilməsinə start veriləcək...

PİA.az xəbər verir ki, bu barədə “AZfront” teleqram kanalı məlumat yayıb.

Telqram kanalının məlumatına görə bu İranın ölkəmizə qarşı düşmən mövqe sərgiləməsinə qarşı cavab addımı olacaq.

Qeyd edək ki, son həftədə İran Azərbaycana qarşı düşmən yanaşmaları daha da arıb.

1. Azərbaycanla sərhəddə genişmiqyaslı təlimlər keçirilib və bu təlimlərdə tank və piyada qüvvələrin Araz çayını keçərək ölkəmizə hücum məşqləri keçirilib;

2. İran mətbuatında və sosial şəbəkə seqmentində Azərbaycana qarşı ərazi iddiası irəlü sürülüb və Naxçıvan əsas hədəf olaraq göstərilib;

3. Zəngəzur dəhlizi ilə bağlı İran rəsmiləri Azərbaycana qarşı təhdid səsləndiriblər;

4. Azərbaycanın tarixi torpağı olan Qafanda İranın Baş konsulluğunun açılışı olub;

5. İranda etnik azərbaycanlılara qarşı kütləvi repressiyalar həyata keçirilib.

pia.az