Masallıda 16 yaşlı qız itkin düşüb
Araşdırma aparılır...
Masallıda məktəbli itkin düşüb.
Oktyabrın 24-də 11-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü Məleykə Məmmədova şəxsiyyətini təsdiq edən sənədi evdən götürərək tibb kursuna getmək adı ilə evdən çıxıb və geri qayıtmayaraq itkin düşüb.
Araşdırma aparılır.
pia.az