Rusiyanı G-20 sammitində Mişustin təmsil edəcək

Qərb Putinlə danışıqlara can atmır...

Böyük ehtimalla noybrda İndoneziyada keçiriləcək G-20 sammitində Putin iştirak etməyəcək. Onu bu beynəlxalq sammitdə Baş nazir Mixail Mişustin əvəz edəcək.

PİA.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı xəbər verib.

Putinin İndoneziyaya getməkdən imtina etməsinə səbəb isə G-20 sammitində danışıqlar üçün normal şəraitin yaranmamasıdır. Ukrayna bir mənalı olaraq Rusiya ilə danışıqlar masasına oturmaqdan imtina etdiyinə görə Rusiya prezidenti də sammitdə iştirakını anlamsız hesab edir.

Rusiya mətbuatı yazır ki, artıq Ərdoğan da tərəfləri görüşdürmək üçün cəhdlər eləmir. Çünki Ukrayna tərəfi açıq şəkildə danışıqların mümkün olmadığını bildirirb. Görünür ki, Qərbdə əldə olunan ümumi fikir belədir ki, Rusiyanın tamamilə zəiləməlidir. Qərb Moskvanın kritik səhvlərə yol verməsini gözləyir və buna görə də Putinlə danışıqlara can atmır.

pia.az