İsa Həbibbəyli AMEA ilə bağlı gələcək planları açıqlayıb

“Qarşımızda Akademiyanın nüfuzunu bərpa etmək, yenidən təşkilatlanmasını həyata keçirmək, dünya elminə inteqrasiya etmək kimi mühüm vəzifələr durur”...

PİA.az xəbər verir ki, bunu AMEA-nın yeni prezidenti seçilən İsa Həbibbəyli jurnalistlərə açıqlamasında bildirib.

"Çalışacağıq ki, dövlətin dəstəyi ilə Azərbaycan elmini, elm və təhsil sahəsində inteqrasiyanı inkişaf etdirək, dünya elminin nailiyyətlərini ölkəmizə gətirək", - AMEA prezidenti qeyd edib.

Deputatlıq mandatına gəldikdə isə İ. Həbibbəyli qeyd edib ki, hazırda bu, müzakirə mövzusu deyil.

pia.az