Ramiz Mehdiyev AMEA-nın yığıncağına qatılmaqdan imtina etdi

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvü olduğuna görə, sözügedən yığıncaqda iştirak etməli idi...

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir və ora prezident seçilir.

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev bildirib ki, o AMEA-nın ümumi yığıncağına qatılmayacaq.

Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvü olduğuna görə, sözügedən yığıncaqda iştirak etməli idi. Lakin o, bu yığıncağa qatılmaqdan imtina edib.

pia.az