Kadırov Ukraynada aparılan “xüsusi əməliyyat”dan narazıdır

Çeçenistan lideri hesab edir ki, Ukrayna şəhərləri yer üzündən silinməlidir...
“Döyüş əməliyyatları artıq “Rusiya ərazisində” aparılır və Rusiya ordusu Ukrayna ordusunun hücumlarına zəif cavab verir”.

PİA.az xəbər verir ki, bu barədə Çeçenistan Respblikasının başçısı Ramzan Kadırovun son bəyanatında bildirlir.

“Mənə görə biz Ukrayna ordusunun həmlələrinə zəif cavab veririk. Əgər Ukrayna mərmiləri bizim ərazilədə partlayırsa, buna cavab vermək lazımdır və Ukrayna şəhərləri yer üzündən silinməlidir ki, daha uzaq üfüqləri görə bilək. Onlar hətta bizim istiqamətə atəş açmağı düşünə bilməməlidirlər”, deyə Çeçenistan lideri bildirib.

Qeyd edək ki, dünən Ukrayna ordusu Xersonda Çeçenistan döyüşçülərinin məskunlaşdığı məktəbə atəş açıblar. Atəş nəticəsində 49-dan çox çeçenin ölməsi, 60-dan çox çeçenin isə yaralandığı bildirilir.

pia.az