Almaniya Prezidenti Ukraynaya gedib

O, həmkarı Volodimir Zelenski ilə görüşəcək...

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya səfər edib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, o, həmkarı Volodimir Zelenski ilə görüşəcək.

Xatırladaq ki, daha əvvəl Almaniya Prezidentinin oktyabrın 20-də Ukraynaya gedəcəyi bildirilsə də, bu, təxirə salınmışdı.

pia.az