ABŞ-da məktəbdə atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində məktəbdə atışma zamanı azı 3 nəfər ölüb, daha 8 nəfər yaralanıb...

"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, ikisi tələbə olmaqla səkkiz yaralı yerli xəstəxanaya çatdırılıb. Polisdən bildirilib ki, məktəbə hücumu təşkil etməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmada öldürülüb.

Hadisənin başvermə səbəbi hələ müəyyən edilməyib.

Polis təhqiqat aparır.

pia.az