Gürcüstan prezidenti İlham Əliyevin bu ölkəyə səfərindən xəbərsiz olub

Gürcüstanın Prezident Adminstasiyası Azərbaycan prezidentinin bu ölkəyə işgüzar səfəri barədə məlumatlandırılmayıb...

PİA.az xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Adminstasiyasının yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin qonşu ölkəyə işgüzar səfəri baş tutb. Səfər çərçivəsində İlham Əliyevin Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşü olmayıb. Buna açıqlıq gətirən Gürcüstanın Prezident Adminstasiyasından bildiriblər ki, onlar bu səfərdən məlumatsız olduqlarına görə təəssüf ki, iki ölkənin prezidentləri arasında görüş baş tutmayıb:

“Məsələnin mühümlüyünü nəzərə alaraq Gürcüstan Prezidentinin Adminstasiyası ictimaiyyəti məlumatlandırmağı vacib sayır. Gürcüstan prezidenti qonşu və dost ölkə olan Azərbaycan prezidentinin ölkəyə işgüzar səfəri ilə balı məlumatlandırılmayıb. Bu üzdən də Salome Zurabaşvilinin İlham Əliyevlə qaydalara uyğun olaraq görüşməyə hazır olmasına baxmayaraq, iki ölkə prezidentinin görüşü baş tutmayıb.

Gürcüstan prezidenti Salome Zurabişvili ən yaxın zamanda İlham Əliyevlə rəsmi qaydada görüşməyə hazır olduğunu və bunu arzuladığını bildirir”.

pia.az