Finlandiya Rusiyaya dəmir yolu ilə yük daşımalarını dayandıracaq

“Şərqə yük daşımaları ən geci bu ilin sonuna qədər tamamilə dayandırılacaq”...

Finlandiyanın “VR Group” dövlət şirkəti ilin sonuna qədər Rusiya istiqamətində yük daşınmalarını tamamilə dayandıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Eliza Markula bildirib.

“Şərqə yük daşımaları ən geci bu ilin sonuna qədər tamamilə dayandırılacaq”, - o deyib.

Sentyabrın sonuna qədər şirkət Rusiyaya yük daşımalarının 65%-ni kəsib.

Qeyd edək ki, yazda Finlandiya Rusiyaya dəmir yolu ilə yük daşımalarını tamamilə dayandırmaq niyyətində olduğunu bəyan etmişdi. Martın 28-dən “VR Group” Helsinki və Sankt-Peterburq şəhərlərini birləşdirən “Allegro” sərnişin qatarlarının hərəkətini qeyri-müəyyən müddətə dayandırıb.

pia.az