Biləsuvarda gizir bıçaqlandı

Hüseynli “söhbət” etməyə yollanıb
Avqust ayının 14-də Biləsuvar rayonunun Çayırlı kənd sakini giziri bıçaqlayıb.Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Biləsuvar rayon prokurorluğunda bildiriblər.Verilən məlumata görə axşam saat səkkiz radələrində 1992-ci il təvəllüdlü Hüseynli Kamran Kamal oğlu, kənd məktəbinin həyətində 1986-cı il təvəllüdlü Astanov Elşən Təzəxan oğluna iki bıçaq zərbəsi vurub. Astanov, aldığı zərbələrdən yerindəcə dünyasını dəyişib, Hüseynli isə qaçmağa cəhd edib. Amma tezliklə əməliyyatçılar onu saxlayıb.Məlumdur ki, qətldən bir neçə saat öncə gənclər kənd kafesində bir masa arxasında əyləşib spirtli içki qəbul ediblər. Masa arxasında Hüseynli ona olan kinini xatırladıb. Saxlanılan şəxsin sözlərinə görə, gizir daha öncə onu döyüb. Bu səbəbdən onların arasında münaqişə yaranıb və gənclər məktəbin həyətində söhbət etməyi qərara alıblar.Hüseynli, mətbəx bıçağını götürərək, “söhbət” etməyə yollanıb. Cinayət aləti tapılıb və əyani sübut kimi istintaq işinə əlavə edilib.Fakt üzrə istintaq davam edir.