Azərbaycanın U-21 yığması 2 yoldaşlıq oyunu keçirəcək

Samir Əliyevi baş məşqçi olduğu kollektiv noyabrın 17-də Macarıstan, bundan 3 gün sonra isə İsveç yığmaları ilə qarşılaşacaq...

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2 yoldaşlıq oyunu keçirəcək.

PİA.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Samir Əliyevi baş məşqçi olduğu kollektiv noyabrın 17-də Macarıstan, bundan 3 gün sonra isə İsveç yığmaları ilə qarşılaşacaq.

Hər iki görüş noyabrın 15-dən 21-dək Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı zamanı baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

pia.az