Ekspert “BakuBus”un fəaliyyətindən narazılıq edib

“BakuBus” MMC-dəki problemlər aradan qaldırılmlıdır...

““BakuBus” MMC-yə məxsus “BMC” markalı avtobusun düşdüyü yol-nəqliyyat hadisəsi barədə məlumatda qeyd edilir ki, avtobusun əyləc sistemində nasazlıq olub. Uzağı 3 ildir, istismarda olan bu avtobusların belə texniki nasazlığının olması və həmin nasazlıqla istismar edilməsi təəssüf doğurur”.

PİA.az-ın xəbərinə görə, bunu ekspert Ərşad Hüseynov bildirib.

“Ümumiyyətlə, son vaxtlar “BakuBus” MMC-yə məxsus avtobuslarla bağlı şikayətlər (səs siqnalından yersiz istifadə, siqnalın çox güclü olması, bəzi sürücülərin kobudluğu və s. istiqamətdə) artır. Bakı sakinlərinin fəxr etdiyi avtobuslarla bağlı belə hallar məyusedicidir. Bu MMC-də olan problemlər aradan qaldırılmlıdır. Əks təqdirdə ictimai nəqliyyatdan üz döndərənlər çoxalacaq. Bu tipli problemin kökündən həlli üçün ilk növbədə ictimai nəqliyyatın iqtisadi (maliyyələşmə) və idarəetmə problemi həll edilməlidir”, deyə Ə.Hüseynov qeyd edib.

pia.az