Fəhlə iş başında öldü

Faktla bağlı araşdırma aparılır...

Göygöldə fəhlə iş başında ölüb.

Hadisə rayonun Quşqara kəndində baş verib.

Kənddəki evlərin birində fəhlə işləyən rayon sakini, 1991-ci il təvəllüdlü Elşən Abbasov işlədiyi zaman hündürlükdən yıxılıb.

Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)

pia.az