Sumqayıtda intihara cəhdin qarşısı alınıb - Yenilənib

Həmin şəxs binadan düşürülüb...

Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

APA-nın xəbərinə görə, polis əməkdaşlarının profilaktik söhbəti nəticəsində özünü binadan atmaq istəyən şəxs niyyətindən daşındırılıb.

 Həmin şəxs binadan düşürülüb

***

Sumqayıtda bir nəfər intihara cəhd edir.

APA xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Hələki kimliyi müəyyən olunmayan bir nəfər “14 mərtəbə” kimi tanınan binanın damına çıxaraq özünü atmaq istəyir.

Əraziyə polis əməkdaşları cəlb olunub.

pia.az