Bakıda fəhlə dəzgahın bunkerinə yıxılaraq ölüb

Bakıda fəhlə qurutma dəzgahının bunkerinə yıxılaraq ölüb...

Nərimanov rayon Prokurorluğundan verilən xəbərə görə, oktyabrın 21-i saat 13 radələrində Nərimanov rayonu, 6-cı köndələn küçəsi, 2038-ci məhəllə ünvanında yerləşən “Termoplast” MMC-də fəhlə işləyən 1966-cı il təvəllüdlü Xalıq Əmirovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Xalıq Əmirov müəssisənin ərazisində yerləşən işlək halda olan qurutma dəzgahının bunkerinə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

pia.az