DİN: "Laçında minaya düşənlərin müalicəsi davam etdirilir"

Laçında minaya düşən şəxslərin müalicəsi davam etdirilir...

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı PİA.az-a bildirib ki, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Suarası kəndində baş verib.

Belə ki, kənd ərazisində təmir-tikinti işləri ilə məşğul olan 2 nəfər mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal polis əməkdaşlarının və Daxili qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıb.

pia.az