Ronaldo 887 min avro cərimələndi

İngiltərə Premyer Liqasında (APL) "Tottenhem"lə oyunda baş verən insidentdən sonra "Mançester Yunayted"in portuqaliyalı hücumçu Kriştianu Ronaldoya tətbiq edilən cərimənin məbləği məlum olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu klubdakı iki həftəlik maaşına bərabər məbləğ - 887 min avro ödəməli olacaq.

Bildirilir ki, komanda rəhbərliyi bu qərarı oktyabrın 19-da "Tottenhem"lə oyunda Ronaldonun əvəzedici kimi meydana çıxmaqdan imtina edərək, vaxtından əvvəl stadionu tərk etməsi ilə bağlı verib.

pia.az