Tehran satqın simasını bir daha göstərir - İran Ermənistana silah satacaq...

Ermənistan İrandan silah-sursat almaq üçün rəsmən Tehrana müraciət edib...

Politoloq: “İranın Ermənistana silah verməsi Azərbaycan-İran münasibətlərinə çox pis təsir edəcək”.

“İranın Ermənistana silah satması regiondakı balansa heç cür təsir edə bilməz”.

Bu sözləri politoloq İlqar Vəlizadə İranın Ermənistana silah satmasını PİA.az-a şərh edərkən qeyd edib.

İran mətbuatı yazır ki, Ermənistan İrandan silah-sursat almaq üçün rəsmən Tehrana müraciət edib. İranın Ermənistana silah satması regiondakı balansa necə təsir edə bilər? Eyni zamanda İranın Ermənistana silah verməsi Azərbaycan-İran münasibətlərinə necə təsir edər?

İranın Ermənistana silah satmacağı ilə bağlı yayılan xəbəri PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “İrandan Ermənistana verilən silah-sursatlar nə vaxtsa, Azərbaycana qarşı törədilən təxribatlarda istifadə olunacaq”.

İranın Ermənistana silah satmaqla regionda balansı dəyişə bilməyəcəyini vurğulayan politoloq PİA.az-a açıqlamasında xatırladıb ki, Azərbaycan da son iki il ərzində xaricdən kifayət qədər müasir silah-sursat alıb və almaqda da davam edir:

“İranın Ermənistana silah satması regiondakı balansa heç cür təsir edə bilməz. Birincisi İran hərbi sursatları texniki baxımından Azərbaycanda, Türkiyədə olan silah-sursatdan xeyli geridə qalır. Digər tərəfdən Ermənistanın elə iqtisadi gücü yoxdur ki, İrandan çoxlu sayda silah-sursat alsın. Eyni zamanda Ermənistan ordusunun hərbi-texniki bazasını da Azərbaycan ordusunun bazası ilə müqayisə etmək olmaz. Ermənistan silahlı qüvvələrinin maddi-texniki bazası çox zəifdir.

İran Ermənistana silah satmaqla regionda balansı dəyişə bilməyəcək. Çünki Azərbaycan da son iki il ərzində xaricdən kifayət qədər müasir silah-sursat alıb və almaqda da davam edir. Buna görə də Ermənistanın İrandan silah alması boş yerə pul xərcləməkdən başqa bir şey deyil.

İlqar Vəlizadə: “Onsuzda İran-Azərbaycan münasibətləri son zamanlarda kifayət qədər gərgindir. Azərbaycanla gərgin münasibətin də İrana heç bir xeyri yoxdur”.

İranın Ermənistana silah verməsi Azərbaycan-İran münasibətlərinə çox pis təsir edəcək. Ermənistan tərəfi özü etiraf edir ki, son vaxtlar hətta Rusiya tərəfi belə Yeravana silah-sursat satmır. Ermənistana satılan silahlar aydın məsələdir ki, Azərbaycanın mülki şəxslərinə və ordusuna qarşı yönəlir. Əlbəttə, Azərbaycan üçün 1-2 mülki şəxsin və əsgərin itkisi təsirlidir. Bütün hallarda İrandan Ermənistana verilən silah-sursatlar nə vaxtsa, Azərbaycana qarşı törədilən təxribatlarda istifadə olunacaq.

İran bunu çox yaxşı başa düşür və başa düşərəkdən bunu etmək Azərbaycana qarşı olan addımdır. Onsuz da İran-Azərbaycan münasibətləri son zamanlarda kifayət qədər gərgindir. Azərbaycanla gərgin münasibətin də İrana heç bir xeyri yoxdur. Təəsüflər olsun ki, İranda hakimiyyətə gələn siyasi qruplar bir o qədər də səriştəli adamlar deyillər. Əgər onlar həm xarici, həm də daxili siyasətdə səriştəli adam olsaydılar hal-hazırda İranda bu cür problemlər yaşanmazdı”.

Nərminə UMUDLU pia.az