“Dədə” Süleyman xəstəxanaya yerləşdirildi - Ayağı qanqren olub

Bu barədə aparıcı və xeyriyyəçi Hacı Nuran Hüseynov sosial şəbəkədə paylaşım edib...

Uzun müddətdir səhhətində problem olan “Dədə” ləqəbi ilə tanınan Əməkdar artist Süleyman Abdullayev xəstəxanaya yerləşdirilib.

Bu barədə aparıcı və xeyriyyəçi Hacı Nuran Hüseynov sosial şəbəkədə paylaşım edib.

“Biz verdiyimiz sözə əməl etdik. Qardaşım Xalq artisti Ağadadaş Ağayevlə əməkdar artisti xəstəxanaya yerləşdirdik. Hazırda Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən xanəndə həyatla mücadilə aparır. Ayağı qanqren olub, vəziyyəti kritikdir. Amma Allahdan ümid heç vaxt üzülməz”.

pia.az