TDT-nin müsəlman dini liderləri Şuşada tarixi məkanlarla tanış olublar

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə tanış olublar...

"Report"un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, onlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib.

Dini liderlər Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanı və Şuşa şəhər qala divarları ilə tanış olublar.

Qonaqlar daha sonra Cıdır düzünə gedərək, buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

pia.az