Paşinyanın yeni cığallığı…

Ermənistanın Baş naziri Aİ-in mülki müşahidəçilərinin sərhəddə həmişəlik qalmasını istəyir…

Ermənistanın Baş naziri Nikol Paşinyan Aİ-in mülki müşahidəçilərinin sərhəddə həmişəlik qalması üçün çağırış edib. PİA.az xəbər verir ki, o, bu barədə hökümətin bu günkü iclasındakı çıxışında bəyan edib.

“ATƏT-in sərhəddə müşahidə aparmaq üçün 2 ay müddətinə Ermənisatana gələn mülki missiyasının vaxtını uzatmaq lazımdır və yaxşı olardı ki, bu missiya həmişəlik olsun”, deyə Ermənistanın Baş naziri deyib.

Paşinyan hesab edir ki, missiya üçün iki aylıq müddət heç də yetərli olmaya bilər.

pia.az