Kremldə Vardanyanla bağlı plana “yaşıl işıq” yandırılıb…

Vardanyan noyabrın əvvəlində separatçıların “dövlət naziri” olacaq...

Rusiyalı milyarder Ruber Vardanyan noyabrın əvvəlində separatçıların “dövlət naziri” vəzifəsinin icrasına başlayacaq.

PİA.az xəbər verir ki, bu barədə Vardanyan özünün teleqram kanalında məlumat yayıb.

“Noyabrın əvvəlində “Artsaxın dövlət naziri” vəzifəsinin icrasına başlayacam və öz həllini gözləyən birinci dərəcəli məsələlərin həlli ilə bağlı strateji hədəflərimizi açıqlayacam”, deyə Vardanyan yazıb.

Qeyd edək ki, Araik Arutunyandan “Artsaxın dövlət naziri” vəzifəsini tutmaq təklifini alandan sonra Vardanyan məsləhətləşmələr aparmaq üçün Moskvaya səfər etmişdi. Görünür ki, Kremldə Vardanyanla bağlı plana “yaşıl işıq” yandırılıb.

pia.az