“Araik kolxozu”ndan bir qrup erməni Moskvaya gedir - Hətta Putinlə də görüşə bilərlər...

Paşinyan Araikə deyib ki, məndən sizə dərman olmaz, gedin dərdinizin çarəsini Moskvada axtarın…

Bir yığın Qarabağ ermənisi yaxın günlərdə Moskvaya səfər edəcək. PİA.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə “Araik kolxozu”ndan olan nümayəndə heyəti Rusiyanın siyasi rəhbərliyi ilə görüşəcək.

Səfərin məqsədi ilə bağlı “Past” yazır ki, separatçılar Yeravanda keçirdikləri görüşlərdən heç də məmnun qalmayıblar. İddiaya görə Paşinyan onlara açıq mətnlə deyib ki, Ermənistan bundan sonra “Araik kolxozu” üçün heç nə edə bilməyəcək. Yaxşı olar ki, onlar öz problemlərini və istəklərini Putinlə müzakirə etsinlər.

“Ümumiyyətlə son zamanlar Ermənistan hakimiyyət nümayəndələri açıq şəkildə bildirib ki, bundan sonra Qarabağ məsələsinə görə Rusiya məsuliyyət daşıyır və bütün məsələlər də Rusiyada öz həllini tapmalıdır”, deyə qəzet yazır.

“Past”ın yazdığına yazdığına Qarabağdan Moskvaya yollanacaq “Araik kolxozu”nun nümayəndələrinin Rusiya prezidenti Vladimir Putinlə də görüşü istisna olunmur.

pia.az