Bağçada çalışmaq istəyənlərin nəzərinə: Müsahibə mərhələsi başlayıb

Müsahibələrə 775 nəfər dəvət edilib...

Oktyabrın 19-dan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, müsahibələrə 775 nəfər dəvət edilib.

28 oktyabr tarixinədək davam edəcək müsahibələr zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.

pia.az