"Hər dəfə Tanrı tək qalır..." - Paşa Talıblıdan yeni şeirlər

Bir ovuc torpaq...

...mənim əlimnən torpağın arası yaxşıdı,mənim dizimnən torpağın arası yaxındı.Bircə qarışdı torpaqnan gözümün arası -mənim gözümnən torpağın arası yaxındı.

Torpaqnan gözümün arası - yaşadığım yer...Beləcə haqdı gözümnən torpağın arası!Bir ovuc torpaq qədərdi arası hər şeyin...Bir ovuc torpaqdı gözümnən torpağın arası!

Gözümnən torpağın arası quraqlıq çəkib...Yandırır gözümü torpağın qurağı, Allah!Bəsdi bir ovuc torpağın - gözümə tökməyə!Tökülsün gözümə bir ovuc torpağın, Allah!

Sarkazmla desək...

...eşq hər camı xatırlamır - şərab camını unudur....ayin və zəng səslərinəkilsə damını unudur.

...suda batır, oddan çıxır,üstdən girir, altdan çıxır....kamın lütfü yaddan çıxır - könük kamını unudur.

...ruhumuzun pətək halı - hanı ətək-ətək balı?...hər dəfə Tanrı tək qalır;yoxsa, hamını unudur?

Bu qədər hüznlümü susmaq..

...yumursan ya da ağzınaelə su alıb susursan....əllərnən də susmaq olur - yanına salıb susursan!

...tarix də susur beləcə!Necə ki, ov yox tələdə......susur...və həm də danışır - elə də olur belə də!

...qırılmasa səsi çıxmırbu dimdik, düz duran otun....susur çəpəki yağışlar!Bir meh də susdurar odu...

...əllərnən də susmaq olur!Bu necə?..bunu kim yozsun?...bu gecə göy üzü sağkənAy da hazırlaşır sussun!

...daşa-divara hopur kiçəkirsən üzülmür susmaq.Bu qədər gözəlmi, yoxsabu qədər hüznlümü, susmaq?

...yumursan ya da ağzınaelə su alıb susursan....əllərnən də susmaq olur - yanına salıb susursan!

Paşa Talıblı

pia.az