Rusiya Rostovdan Ukrayna ərazisinə raketlər buraxıb

Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla ölkənin bir sıra vilayətlərində irimiqyaslı hava həyəcanı siqnalı verilib...

Rusiyanın Rostov vilayətindən Ukrayna ərazisinə “Tu-95” vasitəsilə “X-101” raketi buraxılıb.

“Report” xəbər verir ki, məlumatı “Ukraina online” yayıb.

Məlumata görə, Ukraynanın Sumı vilayəti istiqamətində 4 raket atılıb.

Bildirilib ki, Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla ölkənin bir sıra vilayətlərində irimiqyaslı hava həyəcanı siqnalı verilib.

pia.az