DÇ-2022 üçün satılmış biletlərin sayı bəlli olub

DÇ-2022 20 noyabr - 18 dekabrda gerçəkləşəcək...

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün satılmış biletlərin sayı açıqlanıb.

"Report" yarışın Təşkilat Komitəsinə istinadən xəbər verir ki, hələlik 2,89 milyon bilet sahibini tapıb.

Mundialın matçlarına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Böyük Britaniya, Meksika, Braziliya, Argentina və Almaniyadan olan azarkeşlər daha çox maraq göstərib.

Təşkilatçılar fanatların yerləşdirilməsi üçün otel və yaşayış komplekslərində 30 min əlavə nömrənin ayrılacağını bildirib. Çempionat zamanı Qətərdə bir neçə nəfərlik otaqda gecələmənin qiyməti 80 dollardan başlayacaq.

Qeyd edək ki, DÇ-2022 20 noyabr - 18 dekabrda gerçəkləşəcək.

pia.az