"Qızıl top" mükafatının qalibi bəlli olub - Yenilənib

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi müəyyənləşib....

"Report"un məlumatına görə, bu mükafata İspaniya "Real Madrid"inin hücumçusu Kərim Benzema layiq görülüb.

Fransalı forvard karyerası ərzində ilk dəfə sözügedən titula sahib çıxıb.

35 yaşlı futbolçuya mükafatı həmyerlisi, Fransa millisinin əfsanəvi yarımmüdafiəçisi Zinəddin Zidan təqdim edib.

***

Sorğulara əsasən dünya futbolunda əsas fərdi mükafata iddialıların reytinqində ilk sırada Madrid “Real”ının ulduzu Kərim Benzema qərarlaşıb.

Həmçinin bu axşam qadınlar arasında “Qızıl top”, ən yaxşı qapıçı üçün Lev Yaşin mükafatı, ən yaxşı hücumçu üçün Gerd Müller mükafatı, ən yaxşı gənc oyunçu üçün “Kopa Trophy” kuboku, ən yaxşı klub mükafatı, həmçinin Sokrates adına mükafat, eləcə də ilk dəfə “çempionlar tərəfindən edilən ən yaxşı həmrəylik aksiyasına görə” mükafat təqdim olunacaq.

Qeyd edək ki, bu il ilk dəfə olaraq “Qızıl top” təqvim ilinə görə deyil, mövsümün nəticələrinə görə veriləcək.

Xatırladaq ki, 2021-ci ildə bu dəfə namizədlər siyahısına daxil edilməyən PSJ-nin hücumçusu Lionel Messi karyerasındakı yeddinci “Qızıl Top” mükafatını qazanıb.

pia.az