Aİ-nin ali nümayəndəsi İranın Evin həbsxanasındakı vəziyyətdən narahatlığını bildirib

Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel məhbuslar arasında münaqişə nəticəsində yanğının baş verdiyi İranın Evin həbsxanasındakı vəziyyətdən narahatlığını bildirib...

“Report” xəbər verir ki, o bu barədə tviterdə yazıb.

“İran hakimiyyəti bütün məhbusların, o cümlədən insan haqları fəallarının və Avropa İttifaqı vətəndaşlarının həyatına cavabdehdir. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiana dərin narahatlığımı bildirdim”, - Cozef Borel qeyd edib.

Avropa diplomatiyasının rəhbəri bildirib ki, Aİ baş verənlərlə bağlı ən şəffaf məlumat gözləyir.

Qeyd edək ki, ötən gün (15 oktaybr - Red) İran paytaxtının Evin həbsxanasında üsyan baş verib. Məhbuslar həbsxanadakı dərzilik sexini yandırıblar. Yanğın nəticəsində 4 məhbus ölüb, 61 nəfər yaralanıb. Hazırda onlardan 10-u xəstəxanada müalicə alır və 4 nəfərin vəziyyəti ağırdır.

pia.az