Şimşək çaxıb, bəzi yerlərdə leysan olub

Ölkə ərazisindəki faktiki hava...

Bu gün ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasının bəzi yerlərində leysan xarakterli intensiv olub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, düşən yağışın miqdarı: Şəkidə 43.0 mm, Qaxda 27.0 mm, Zaqatalada 19.0 mm, Şahdağ, Xaçmaz, Qusarda 8.0 mm, Yardımlıda 7.0 mm, Qubada 6.0 mm, Xaltan, Şəmkir, Astara, Lerik, Qrız, Oğuz, Gəncə, Tovuz, Qobustan, Altıağac, Şabran, Bərdə, Yevlax, Göyçay, Beyləqan, Kürdəmir, Neftçala, Mingəçevir, Biləsuvar, Göytəpə, Daşkəsəndə 1.0-5.0 mm-dək olub.

pia.az