"Tottenhem" Konte ilə uzunmüddətli müqavilə imzalamaq istəyir

İngiltərənin "Tottenhem" klubu baş məşqçisi Antonio Konte ilə yeni uzunmüddətli müqavilə imzalamaq istəyir...

"Report" "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi 53 yaşlı mütəxəssisin nəticələrindən razıdır.

Klub növbəti ay italiyalı baş məşqçi ilə danışıqlara start verəcək.

Qeyd edək ki, Antonio Kontenin hazırkı sözləşməsi 2023-cü ildə başa çatacaq. Mütəxəssis 2021-ci ilin noyabrında "Tottenhem"in sükanı arxasına keçib.

pia.az