Astarada 82 yaşlı kişi çayda boğularaq ölüb

Astarada 82 yaşlı kişi çayda boğularaq ölüb...

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Ərçivan qəsəbəsində yerli sakin, 1940-cı il təvəllüdlü Baldadaş Mənsur oğlu Cəfərov balıq ovu zamanı ehtiyatsızlıqdan suya yıxılıb.

O, köməksiz vəziyyətdə qaldığından suda boğulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

pia.az