Bakı məktəblərinin istilik məsələsinin həlli üçün işlərə başlanılıb

Bakı məktəblərinin istilik məsələsinin həll olunması ilə bağlı artıq işlərə başlanılıb.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, aidiyyəti qurumlarla problemlərin həllinə yönəlik görüş keçirilib: “Hazırda test rejiminə uyğun olaraq məktəblərə qaz verilib. Hesab edirik ki, istiliklə bağlı proses düzgün nizamlanacaq və şagirdlər isti mühitdə təhsillərini davam etdirə biləcəklər”.

pia.az